• $
  • €
  • ₽
  • ₺
  • £

DİM bu şəxslərə müraciət etdi

DİM bu şəxslərə müraciət etdi
23.05.2018 16:18
Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq təhsil proqramları üzrə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslərə müraciət edib.

Axar.az xəbər verir ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd olunduğu kimi Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurna və müvafiq sənəd alan Azərbaycan vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müvafiq nəticələr əldə edən abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən "Mühasibat uçotu və audit” , "Maliyyə” və "Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılmışdır.

Həmin ixtisaslara qəbul olmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.

1. "Abituriyentin elektron ərizəsi”nin surəti;

2. Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları - ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının 20-dək – təhsil sənədinin əsli və surəti)

3. Müvafiq imtahan nəticələri.

Bundan əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.

Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (22 aprel tarixində keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan "məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da "Azərbaycan dili” fənni üzrə imtahanda iştirak edərək "məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında "Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol