• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Muradov Yalçın Topçu ilə görüşüb

Fuad Muradov Yalçın Topçu ilə görüşüb
24.05.2018 18:48
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə rəsmi səfəri davam edir.

Komitədən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkını ziyarət edib, Ümummilli Liderin heykəli önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Fuad Muradov Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb. Komitə sədri Yalçın Topçuya Azərbaycanın dövlət başçısının salamlarını çatdırıb. Baş müşavir Komitə sədrini bu məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib və işlərində uğular arzulayıb. Görüşdə bu gün türk dünyasının birləşməsinə böyük ehtiyac olduğu vurğulanıb.

Səfər çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Sərdar Çamla Azərbaycan və Türkiyə diasporlarının fəaliyyəti, o cümlədən iki qurum arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq mayın 23-də Heydər Əliyevə həsr olunan "Unudulmaz” sənədli filminin Ankaradakı diplomatik nümayəndəliyimizdə təqdimatı olub. Daha sonra mərasim iştirakçıları Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan fotosərgi və ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Təqdimat mərasimində hər iki ölkədən rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, Ankara şəhərindəki Heydər Əliyev məktəbinin şagirdləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Səfir Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Türkiyə-Azərbaycan münasibətlərinin qurulmasındakı xüsusi xidmətlərindən bəhs ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra Fuad Muradov Türkiyədə çalışan və təhsil alan həmyerlilərimizlə, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə görüşüb, onları maraqlandıran məsələlər müzakirə olunub. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Fuad Muradov Komitə sədri kimi ilk rəsmi səfərinin qardaş Türkiyəyə etdiyini və soydaşlarımızla görüşdən məmnun olduğunu qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol