• $
  • €
  • ₽
  • ₺
  • £

Balıqartırma zavodu satışa çıxarılıb

Balıqartırma zavodu satışa çıxarılıb
01.06.2018 19:48
Əmlak Məsələləri Dövlət Komitəsi S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edib.

Komitədən Trend-ə verilən məlumata görə, müəssisə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyət sahəsinin genişləndirilməsi və əlavə istehsal (xidmət) sahələrinin yaradılması üzrə ümumi dəyəri azı 3 mln. manat olan investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 750 min manat ödəməlidir. Qalib investor isə azı 20 yeni iş yeri yaratmalıdır.

Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün iyulun 2-nə qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə iyulun 4-də, saat 15:00-dan başlayaraq baxılacaq.

Qeyd edək ki, nərəkimilərin və çəkikimilərin (çəki, kütüm və sair) artırılması və dəniz hövzəsinə buraxılması müəssisəsi olan S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu Neftçala rayonunun Yenikənd ərazisində yerləşir. Onun 41 işçisi var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol