• $
  • €
  • ₽
  • ₺
  • £

Bu küçələrdə parklanma qadağan edilir - SİYAHI

Bu küçələrdə parklanma qadağan edilir - SİYAHI
04.06.2018 10:13
Nəqliyyat şəraitini və yol hərəkətinin təhlükəsizliyini yaxşılaşdırmaq, nəqliyyat tələbatını idarə etmək və davamlı nəqliyyat növləri yaratmaq Bakı Nəqliyyat Agentliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Buna uyğun olaraq yay mövsümündə adətən şəhər yollarında nəqliyyatın axınında intensivliyin az olacağını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili ilə irimiqyaslı layihələrin reallaşdırılmasına başlayacaq.

Qarşıdakı aylarda diqqət mərkəzində olacaq ən mühüm məsələ nəqliyyatın hərkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib:

"Artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək. 16 yol hissəsindən ibarət 11 arterial yol oxuseçilib. Bu yollar Bakı şəhərinin gündəlik nəqliyyat axınının ən böyük hissəsini qəbul edir. Burada pik saatlar ərzində hər gün nəqliyyat sıxlıqları və ləngimələr müşahidə edilir. Bu yollar parametlərinə görə intensiv hərəkət üçün münasib olsa da geniş həcmdəqanunsuz parklanma nəticəsində yolun eninin azalması mövcud nəqliyyat tələbatına mənfi şəkildə təsir göstərir. Müvafiq yollarda mövcud məhdudlaşdırıcı tədbirlər üzərində ciddi və effektiv nəzarət tətbiq etməklə əsas yol şəbəkəsinin mövcud hərəkət ərazisinin və yolun hərəkəti buraxma qabiliyyətinin arıtırılması mümkün olacaq. Eyni zamanda parklanma manevrləri nəticəsində yaranan ləngimələr azalacaq”.

Qurum rəsmisi nəzərdə tutulan 11 yol kəsişməsini açıqlayıb:

1. "Tbilisi” pros. - "Bakıxanov” - "A.Salamazadə”

2. "Z. Əhmədbəyov” – "C.Cabbarlı" - "S. Qurbanov” – "Azərbaycan”"Bakıxanov” "İstiqlaliyyət”

3. "A. H. Əliyev” - "Tbilisi” - "C.Hacıbəyli”

4. "Bakıxanov” - "Bakıxanov” dairəsi - "C.Hacıbəyli”

5. "Füzuli”- "Ş. Bədəlbəyli” - "Azərbaycan” - "S.Vurğun”

6. "S. Vurğun” - "Bakıxanov” - "Füzuli”

7. "R. Behbudov” - "Bakıxanov” - "Füzuli”

8. "Azadlıq” - "Bakıxanov” - "Füzuli”

9. "28 May" - "A.Puşkin” - "Y.Səfərov”

10. "Ü.Hacıbəyov” - "A.Puşkin” - "Y.Səfərov”

11. "Y.Səfərov” - "Ü.Hacıbəyov” - "Babək”

M.Ağayev deyib ki, bununla yanaşı, qarşıdakı aylarda paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək:

"Buçərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol