• $
  • €
  • ₽
  • ₺
  • £

Körpü dağıldı: AAYDA müvəqqəti körpü üçün…

Körpü dağıldı: AAYDA müvəqqəti körpü üçün…
04.06.2018 12:44
Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanılacaq. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.

Hazırda Agentlik və "Körpübinatikinti” ASC-nin tikinti briqadaları və ağır texnikaları əraziyə cəlb olunub. Ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.

Növbəti mərhələdə çay məcrasına dəmir-beton borular qoyularaq üzərində müvəqqəti yol salınacaq və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Sel sularının kəsildiyi andan bu işlərin bir həftə ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.

Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.

Müvəqqəti yolun salınması ilə paralel olaraq yaxın müddət ərzində mövcud körpünün bərpasına da başlanılacaq.

Qeyd edək ki, iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol