• $
  • €
  • ₽
  • ₺
  • £

Ətraf mühit üçün birlikdə!

Ətraf mühit üçün birlikdə!
06.06.2018 10:12
Ümumdünya ətraf mühit günü münasibətilə Azərbaycandan 20 Gənc Avropa Səfiri iyun ayının 4-ü və 5-i Bakıda ağacəkmə tədbirləri həyata keçirəcəklər.
 
Onlar Bakı şəhəri 23 və Ağdam rayonunun 81 saylı köçkün tam orta məktəblərin şagirdlərinə ətraf mühitin qorunması haqqında seminar keçəcək, növbəti gün isə məktəbdə ağacəkmə aksiyası həyata keçirəcəklər.

Şeyda Kərimova, Gənc Avropa Səfir: "Ümüd edirik ki, bu cür tədbirlər şagirdlərimizi təbiəti qorumağa vadər edəcək.”

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindən olan Gənc Avropa Səfirləri ümumdünya ətraf mühit günü (5 iyun) çərçivəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bir sıra aksiyalar həyata keçirəcəklər. Aksiyalar 2018-ci ilin 2 və 10 iyun tarixləri arasında baş tutacaq və əsasən ağacəkmə kompaniyaları, Avropa İttifaqının ətraf mühitin qorunmasında rolu haqqında maarifləndirmə tədbirləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində ətraf mühitə dost münasibətin təşviqatı ilə bağlı olacaq. Bu tədbirlərin yerli auditoriyaya, xüsusilə də məktəblilərə, QHT-lərə və universitet tələbələrinə ünvanlanması nəzərdə tutulur.

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” layihəsi gənclərlə işə xüsusi önəm verir. Bu səbəbdən də, qeyd edilən layihə çərçivəsində "Gənc Avropa Qonşuları” şəbəkəsi və 2016-cı ilin iyun ayında "Gənc Avropa Səfirləri” təşəbbüsü yaradılmışdır. Bu təşəbbüs Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır.

Gənc Avropa Səfirləri şəbəkəsi Aİ ilə bağlı qarşılıqlı ideya və informasiya mübadiləsini asanlaşdıran bir onlayn platforma olmaqla yanaşı, gənclərin öz fəaliyyət imkanlarını daha da genişləndirməyə təşviq edir. Bu təşəbbüs Aİ haqqında daha dərin bilgi əldə etməyə və onun Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri ətraflı öyrənməyə töhvə verəcək insanlarası əlaqə və dialoqyönümlü fəaliyyətlərə əsaslanır.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol