• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən “prestij”li avtomobillər – STATİSTİKA

Azərbaycanda ən “prestij”li avtomobillər – STATİSTİKA
26.11.2014 09:40
Azərbaycanlılar həmişə prestij və dəbdəbə həvəskarı olublar. Hətta onlar müxtəlif vaxtlarda özlərinin ən bahalı əşyaları belə nümayiş etdirməkdən çəkinməyiblər. Nisbətən aşağı təbəqənin sakinləri bahalı telefonlarını nümayiş etdirirsə, bir qədər yüksək təbəqəyə məxsus vəzifəlilər və onların övladları qiyməti milyonlarla ölçülən avtomobilləri ilə gündəmə gəliblər. Hətta onların arasında dünyada xüsusi sifarişlə istehsal olunan avtomobilə sahib olanlar da az deyil.AzNews.az Azərbaycanda ən çox sürülən avtomobil markalarının statistikasını əldə edib. Dövlət Statistika Komitəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 1 048 806 ədəd minik avtomobili qeydə alınıb. Onlar arasında 19,2%-lə “VAZ” markalı avtomobillər üstünlük təşkil edir. Vaxtilə prestij hesab olunan “VAZ” avtomobilləri indi də öz üstünlüyünü qoruyub. Çünki ölkədə nə az , nə çox 201840 ədəd “VAZ” avtomobili var.Brend marka sayılan “Mercedes”lər 16,9%-ni təşkil edir. Belə ki, respublika ərazisində 46629 ədəd “Mercedes” avtomobili var. QAZ markalı maşınlar isə azərbaycanlıların üstünlük verdiyi markalar arasında üçüncü yerdə qərarlaşıb. Sözügedən marka avtomobil sayı ölkə üzrə 23620 ədəd təşkil edib. 13735 nəfər isə Opel-ə üstünlük verir. Bu maşınların sayı da 1,3 % -dir. Ən son yeri isə Hunday markalı avtomobillər tutur. Bu markaya müraciət edənlərin sayı 1%-dir. Ölkədə Hunday markası ilə 10707 ədəd avtomobil görmək olar. Bu ilin nəticələrinə görə, ölkədə daha çox “VAZ”, “QAZ”, “Toyota”, “Land Rovers” və “Porsche” markalı avtomobillər üstünlük təşkil edib. Belə ki, 2014-cü ilin ilk aylarında ölkədə 126723 ədəd “VAZ-2107”, 49165 ədəd “QAZ”, 39964 ədəd “Toyota”, 3815 ədəd “Land Rover”, 1231 ədəd “Porsche” markalı avtomobil qeydə alınıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol