• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ Yunanıstanda ofis açır

ARDNŞ Yunanıstanda ofis açır
25.11.2014 14:16
 Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın paytaxtı Afinada ofis açmağa qərar verib.“APA-Economics”in məlumatına görə, bunu Yunanıstanın “Bridging Europe” nəşrinə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayev sözlərinə görə, Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi prosesində ARDNŞ tenderin iştirakçısı olan əsas iddiaçı olmaqda davam edir: “Önümüzdəki bir neçə ay ərzində əməliyyatın tam başa çatdırılması gözlənilir. DESFA Avropa İttifaqına üzv olan ölkələrin ərazisində bu miqyasda olan ARDNŞ-in ilk layihəsidir və biz bu yolda yunan tərəfdaşlarımızla əməkdaşlıq etdiyimiz üçün çox xoşbəxtik”. Şirkət rəhbəri qeyd edib ki, Yunanıstanın Trans-Adriatik qaz kəmərinin (TAP) keçdiyi ölkələrdən biridir və bu layihəsinin həyata keçirilməsində əsas rol oynayır: “Yunanıstanda artan aktivlərimizin bir nəticəsi olaraq, biz Afinada ölkə ofisi açmağa qərar vermişik. Bizim mövcud həmkarlarımızla əlaqəmizi idarə etmək və Yunanıstanda daha çox iş imkanları əldə edə biləcəyimizi nəzərə alaraq, “SOCAR Energy Greece SA” şirkəti tamamilə qurulduqdan sonra, bu iş daha asan olacaq”. R. Abdullayev deyib ki, Yunanıstan Azərbaycan üçün etibarlı strateji tərəfdaşdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol