• $
  • €
  • ₽
  • ₺
  • £

20 dövlət əmlakı özəlləşdirildi

20 dövlət əmlakı özəlləşdirildi
12.06.2018 22:44
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, özəlləşmə prosesi rəqabətli şəkildə baş tutub. Hərracda 20 dövlət əmlakı sahibini tapıb. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili özəlləşdirilib.

Qeyri-yaşayış sahəsi üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif növ belə əmlaklara alıcı marağı yüksək olub. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edə bilib. Əmlakın ilkin start qiyməti 30 min manat olsa da ən son təklif 45 min 300 manata qədər yüksəlib. Ümumi faydalı sahəsi 48 kv.m-ə yaxın olan həmin əmlak biznes qurmaq istəyən sahibkar üçün uğurlu seçimdir. Bundan başqa, paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında da analoji hal müşahidə edilib. Belə ki, ilkin start qiyməti 6 min manat olmasına baxmayaraq həmin əmlak 6 min 200 manata sahibini tapıb. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.

Hərracda bir sıra iqtisadi sahələrdə fəaliyyət göstərməyə imkan verən kiçik dövlət müəssisələri də özəlləşib. Özəlləşən bu əmlakların hamısı rayon ərazisində yerləşir. Bu isə bölgələrimizin iqtisadi gücünün yüksək olmasından xəbər verir. Oğuz rayonunda yerləşən əmlak kompleksi xidmət sahəsində investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsinin 200 kv.m-dən çox olması da sahibi üçün əlavə iqtisadi imkan yaradır. Bundan başqa Samux rayonunda özəlləşən ictimai iaşə obyekti də xidmət sferasının inkişafına töhfə verə bilər.

Budəfəki hərracda da müxtəlif növ nəqliyyat vasitələri sahiblərini tapıb. Özəlləşən maşınlar Rusiya, Amerika və Almaniya istehsalıdır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edib.

Qeyri-iş günləri ilə əlaqədar olaraq növbəti hərrac iyunun 20-si keçiriləcək. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol