• $
  • €
  • ₽
  • ₺
  • £

Sürüşmə zonalarında aktivlik yaranıb

Sürüşmə zonalarında aktivlik yaranıb
12.06.2018 16:30
Son zamanlar respublika ərazisinə yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə edilib.

Bunu Oxu.Az-a açıqlamasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi köhnə sürüşmə ərazisidir:

"Ərazidə yenidən aktivlik müşahidə edilir. Şamaxı şəhərinin girişində 48-A məhəlləsində, Olimpiya Komleksi ilə üzbəüz küçədə də aktivlik var. Şəhidlər abidə kompleksinin səkilərində də çatlar əmələ gəlib”.

Nazirlik rəsmisi bildirib ki, İsmayıllı rayonunda Muğanlı kəndində sürüşmə prosesi gedir:

"Sürüşmə sahələrində aktivləşmə baş verə bilər. Tircan kəndində sürüşmə sahəsində aktivlik yaranıb. Lahıc kəndindən yeddi kilometr yuxarıda yerləşən Cülyan kəndində isə sürüşmə zonası yaranıb. 

Hazırda nazirlik əməkdaşları respublika üzrə müxtəlif rayonlarda sürüşmə aktivliyi müşahidə edilən ərazilərdə araşdırma aparırlar. Cənub, qərb, şimal bölgəsində sürüşmə zonaları var”.

Əziz Qaralov qeyd edib ki, ölkə ərazisində yağan yağışlar sürüşmə zonalarında aktivləşməyə səbəb olur:

"Zığda, Abşeron rayonu - Masazır qəsəbəsində "Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində aktivliyin olması gözlənir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol