• $
  • €
  • ₽
  • ₺
  • £

Dollara tələbat artır - SƏBƏB

Dollara tələbat artır - SƏBƏB
12.06.2018 17:44
Azərbaycanda dollara tələbat artıb. Belə ki, ilin əvvəlindən Dövlət Neft Fondu valyuta hərraclarında 2 535.5 milyon dollar məbləğində xarici valyuta satıb. Ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 314,5 milyon dollar məbləğində valyuta realizə edilmişdi.

Bundan əlavə, banklar da dollarla mübadilə əməliyyatlarını artırıblar. Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 milyon dollar satılıb. Bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur. 

Apreldə əhali banklardan 545,660 milyon dollar alıb, banklara 133,928 milyon dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb. 

Dollara tələbatın artması səbəblərini Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, yanvar ayından etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə edilir:

"Yəni son beş ayın yekunlarına nəzər yetirsək, rəsmi rəqəmlər xarici valyutaya tələbatın artdığını deməyə əsas verir. Bu, valyuta hərraclarından da görünür. Yanvarda valyuta hərracında banklara 584,8 milyon dollar satılıbsa, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 285 milyon dollar olub. 

2018-ci ilin fevralında hərracda 299 milyon dollar, 2017-ci ilin fevralında 258 milyon dollar satılıb. Eləcə də, bu ilin mart ayında hərraclarda 647 milyon dollar, ötən ilin mart ayında 250 milyon dollar realizə edilib.

Aprel ayında isə valyuta hərracında satılan dolların həcmi 2017-ci ilin aprel ayı ilə müqayisədə dörd dəfə çox olub. Belə ki, 2018-ci ilin aprelində hərracda 802 milyon dollar, 2017-ci ilin aprelində 220 milyon dollar satılıb”. 

İqtisadçı bildirir ki, mart ayında fevralla müqayisədə valyuta hərraclarında dollar satışı 2,2 dəfə, aprel ayında isə martla müqayisədə 25 faiz artım olub.  

V.Bayramov deyir ki, dollarla nağd tranzaksiyalarda da artımlar var:

"İlə 195,7 milyon dollar tranzaksiya ilə başlanılıbsa, 2017-ci ilin yanvar ayında bu rəqəm cəmi 62 milyon dollar idi. Rəqəmlər göstərir ki, həm hərraclarda, həm də nağd satışlarda artımlar var. Bunun əsas səbəblərindən biri büdcə xərcləmələrinin və idxalın artrmasıdır.

İdxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. Hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir”.

Milli valyutanın əmanətlərdəki payının artmasına baxmayaraq, V.Bayramov dollarla yığımların hələ də üstünlük təşkil etdiyini deyir. Yəni depozit və fərdi yığımlarda dolların mövqeyi daha güclüdür. 

Onun sözlərinə görə, dollara tələbatın atmasına psixoloji faktorlar da təsir edib:

"Manatın taleyi ilə bağlı fərqli açıqlamalar bazara psixoloji təsir göstərir. Eyni zamanda, pul dövriyyəsinin artması kimi faktorlar da bazara təsir edir”.  

V.Bayram hesab edir ki, növbəti aylarda dollara olan tələbin artması proqnozlaşdırılır:

"Güman edilir ki, avqust, noyabr və dekabr aylarında dollara tələb yüksəlsin”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol