• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Moskvada “Karabakh” araqları satırlar - Fotolar

Ermənilər Moskvada “Karabakh” araqları satırlar - Fotolar
24.11.2014 17:09
Spirtli içkilər hava limanlarındakı “duty-free” mağazalar şəbəkəsində.Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı işğal etmiş erməni separatçıları ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlara ara vermirlər. ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, özlərini “müstəqil dövlət” kimi qələmə verməyə çalışan separatçıların növbəti təxribatı Rusiyanın paytaxtı Moskvanın hava limanlarındakı “duty-free” mağazalar şəbəkəsində yer alıb.Belə ki, erməni separatçılarının “duty-free” mağazaları vasitəsilə satışa çıxardıqları “Karabakh” adlı araqların üzərində istehsalçı kimi qondarma “Dağlıq Qarabağ Respublikası” “Stepanakert şərab zavodu” göstərilib. Digər bir məqam isə bundan ibarətdir ki, ermənilər külli-miqdarda vəsait ayıraraq, həmin araqların “duty-free” mağazalar şəbəkəsinin ən görünən yerlərində yerləşdirilməsinə nail olublar. Məsələ ilə bağlı  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən hər hansı qeyri-qanuni iqtisadi əməllərin, eləcə də Ermənistan tərəfindən burada istehsal olunan məhsulların Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malların mənşəyi haqqında qaydalarının kobud şəkildə pozulması ilə saxta etiketlərlə MDB ölkələri və Avropa Birliyi bazarında satılması hallarının qarşısının alınması üçün lazımı tədbirlər görülür. “Amma beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan Ermənistan rejimi xarici iqtisadi-ticarət əlaqələrində də ÜTT çərçivəsində götürdüyü öhdəliklərini və ikitərəfli razılaşmalarını kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumat verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yolla istehsal olunan mallara bir çox hallarda saxta şəkildə Ermənistana aid etiketlər vurulur”. H.Hacıyev bildirib ki, yalan və saxtakarlıq Ermənistan rejiminin xislətidir. “Nəzərə alınmalıdır ki, ÜTT qaydalarına və ölkədaxili qanunvericiliyə görə istehlakçıların malların mənşəyi haqqında səhih məlumat almaq hüquqları var. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunmuş məhsulların saxtakarlıq yolu ilə ixrac edilməsi Ermənistan tərəfindən aşkar şəkildə ÜTT qarşısında götürdüyü öhdəliklərinin pozulmasıdır. Bu kimi malları idxal edən dövlətlər də gömrük rəsmiləşdirilmələri zamanı malın mənşəyi haqqında daha dəqiq və ətraflı məlumat tələb etməlidirlər. Qeyd olunan məsələ də Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının aidiyyəti səfirliyi tərəfindən araşdırılacaqdır”. Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətimiz hələ cavablandırılmayıb. Ümid ediri ki, qısa bir müddətdə səfirlik məsələni araşdıraraq, ədalətin öz yerini almasına nail olacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol