• $
  • €
  • ₽
  • ₺
  • £

BP məktəblərdə mühəndisliyi təşviq edir

BP məktəblərdə mühəndisliyi təşviq edir
24.11.2014 14:18
BP məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq etmək üçün yeni bir təşəbbüsü dəstəkləyir.Bu təşəbbüs Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın şagirdi bir araya gətirib. Bunlar ilkin ərizə qəbulu və namizədlərin yoxlanması nəticəsində seçilmiş, yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdləridir.Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən tam dəstəklənib və BP-nin bir çox təcrübəli mühəndislərinin də üzv olduğu GəncMİİB təşkilatı (“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi) tərəfindən həyata keçirilib.Təşəbbüs çərçivəsində məktəblilərə gələcək karyera istiqamətlərini seçməkdə kömək etmək məqsədilə bir sıra seminarlar keçirilib. Keçirilmiş seminarlar proqramı iştirakçılara peşəkar mühəndislərdən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat almaq, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlar barədə məlumat əldə etmək üçün yaxşı imkan yaradıb.Seminarlar silsiləsi 18 oktyabrda başlayıb və 22 noyabr 2014-cü ildə başa çatıb. Seminarlar BP-nin təcrübəli mühəndisləri və layihənin uğurla həyata keçirilməsi üçün öz vaxtını və əməyini sərf etmiş GəncMİİB təşkilatının könüllü üzvləri tərəfindən keçirilib.BP-də texnoloji təhlükəsizlik üzrə mühəndis və GəncMİİB-də layihə meneceri kimi işləyən Hikmət Məmmədli dedi: “Mühəndislik ixtisası ilə maraqlanan və ölkənin gələcək inkişafında iştirak etmək istəyən bu qədər gənc və istedadlı məktəblini görmək çox həvəsləndiricidir.İnanıram ki, bu layihə bizə analitik düşüncə tərzinə malik tələbələri müəyyənləşdirmək və gələcəkdə onları mühəndis olmağa sövq etməkdə kömək edəcək.”Seminarların proqramı mühəndislik ixtisasları üzrə təqdimatlar, təcrübəli BP mühəndislərinin karyeraları ilə bağlı maraqlı söhbətlər, interaktiv simulyasiya oyunları, habelə iştirakçılar üçün xüsusi tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarət olub.BP-nin təhsil və təqaüd proqramları barədə iştirakçıları məlumatlandırmaq məqsədilə BP-nin İnsan Resursları departamenti tərəfindən xüsusi təqdimatlar keçirilib.“Bu, Bakının orta məktəblərində mühəndis ixtisaslarını təbliğ etmək üçün əsas iştirakçı tərəfləri bir araya gətirən gözəl bir təşəbbüsdür. Bunlar məktəblər, mühəndislik və digər əlaqədar ixtisaslar üçün əla imkanlar təklif edən BP şirkəti, həmçinin bilik və səriştələri ilə hər zaman bölüşməyə hazır olan peşəkar mühəndislərdir. Fürsətdən istifadə edərək, bu təşəbbüsün müvəffəqiyyətlə həyata keçirilməsi üçün xeyli vaxt və əmək sərf etmiş GəncMİİB-nin üzvlərinə öz minnətdarlığımı bildirmək istərdim”, deyə BP-nin İnsan Resursları departamentinin universitet məzunlarının işə cəlb edilməsi üzrə aparıcı mütəxəssisi Aytən Kərimova bildirib.Proqram başa çatdıqdan sonra bütün iştirakçılara şəhadətnamələr verilib. Ən uğurlu tələbələrə həm də mükafatlar təqdim edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol