• $
  • €
  • ₽
  • ₺
  • £

Metro yay qrafikinə keçir

Metro yay qrafikinə keçir
29.06.2018 12:00
Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqədar olaraq, iyul ayının əvvəlindən metropoliten qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

"Bakı Metropoliteni” QSC-dən AzVision.az-a verilən məlumata görə, qrafik bir qayda olaraq, sərnişin axınının optimal şəkildə təmin olunması məqsədini daşımaqla yay və qış mövsümü üçün ayrıca tərtib edilir. "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkətinin yay qrafikinə keçiləcək.

Yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.

"28 May” stansiyasında yol, "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə, həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarında 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol