• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Azərbaycanda valyuta ehtiyatları artıb

Deputat: Azərbaycanda valyuta ehtiyatları artıb
29.06.2018 15:14
İyunun 29-da Milli Məclisin (MM) son - növbədənkənar iclası öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, son iclasın gündəliyinə 39 məsələ salınsa da, məsələlərin sayı 40-a çatdırılıb. 

Bu barədə spiker Oqtay Əsədov parlamentdə çıxışında qeyd edib və deyib ki, son sənəd dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliyi nəzərdə tutan qanun layihəsidir.

O bildirib ki, iclasda büdcə dəyişiklikləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, iclasda büdcənin müzakirəsində Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edirlər.

Sonra MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə dəyişikliklərilə bağlı məlumat verib. 

O qeyd edib ki, son bir ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb.

"Bu, dünya miqyasında analoqu olmayan bir göstəricidir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları artıb və bu artım Ümumi Daxili Məhsulla (ÜDM) eynilik təşkil edir.

Z.Səmədzadə bildirib ki, ölkədə maliyyə strukturları, Mərkəzi Bankla digər iqtisadi qurumlar arasında daim koordinasiyanın, əməkdaşlığın qorunub-saxlanılmasına çalışmaq lazımdır:

"Əgər bu olarsa, ölkənin bank-maliyyə sektoru daha da inkişaf edər”.

Qeyd edək ki, son dəyişikliklərdən sonra Azərbaycanın dövlət büdcəsi iki milyard manatdan çox artırılaraq, 23 milyarda çatdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol