• $
  • €
  • ₽
  • ₺
  • £

“Sumqayıt yolunun təmirində “pul yemək” məqsədi var”

“Sumqayıt yolunun təmirində “pul yemək” məqsədi var”
29.06.2018 16:16
Milli Məclisin bu gün növbədənkənar iclasında millət vəkilləri son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac  probleminə sərt reaksiya veriblər.

"Qafqazinfo” xəbər verir ki, deputat Fazil Mustafa əvvəlcə bildirib ki, iki ildir "Bakıxanov”istiqamətində  metro stansiyası  açılacağını deyirlər: "Amma bu iki il müddətində büdcədən metro stansiyası çəkilməsi üçün vəsait ayrılmır. Halbuki indi təsdiq etdiyimiz büdcə 2 milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Görürsünüz ki, Xırdalan yolu bağlanıb, hər yer iflic vəziyyətinə dönüb. Ona görə imkan varkən metro tikintisi həyata keçirilmədir. İndi Xırdalan yolunda olan vəziyyəti görürsünüz. İnsanlar neçə saat tıxacda qalırlar”.

Digər deputat Fəzail Ağamalı da qeyd edib ki, 20 Yanvar- Masazır istiqamətində dəhşətli  vəziyyət hökm sürür: "Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ  yollar da yoxdur. Həmin yol 4 il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi. Orda yəqin ki, pul yemək, başqa məqsədlər var idi. Mən Naxçıvanla bağlı deyə bilərəm ki, orda yüksək yol mədəniyəti var. Bakıda isə bu yoxdur. Orada yolların kənarında ağaclar, yaşıllıqlar salınıb. Mən "Azəravtoyol” a deyərdim ki, gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onun da  yaşadığı yer Sulutəpə ərazisidir: "Mən də eyni əziyyəti çəkirəm. Amma yollarımıza nə olub ki?! Sadəcə yol kənarında evlər tikilib. Yolun genişləndirilməsinə həmin evlər mane olur. Amma bu məsələnin də üzərində iş gedir”.

***

Deputat Cavid Qurbanov isə həmkarları tərəfindən irəli sürülən "Bakıda yaxşı yol çəkilmir” ittihamlarına cavab verib. O, həmkarlarını  ədalətli olmağa çağırıb. Bildirib ki, Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları  genişləndirmək olmur: "Buna görə də problemlər yaranır. Metro stansiyalarına gəlincə, biz daha çox yerüstü  xətlərin çəkilməsinə üstünlük veririk. Çünki bu daha ucuz  variantdır, həm də  keyfiyyətlidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol