• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda yenilik - FOTOLAR

Bakı metrosunda yenilik - FOTOLAR
21.11.2014 12:41

Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq “Bənövşəyi xətt”ə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində kurslara başlanılıb.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, fransız mütəxəssislərin keçdiyi ikihəftəlik məşğələlərdən sonra 6 müdavim Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıb. Bu haqda məlumatı  QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib. Məşğələlər “Thales SA”nın İstanbul Metropolitenindəki tədris mərkəzində davam etdirilir. Üç həftə ərzində Bakı Metropoliteninin nümayəndələri orada CBTC sisteminin işi ilə praktiki tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin üçüncü mərhələsi başlayacaq. Bu mərhələdə məşğələlər yanvar ayında Kanadanın Toronto Metropolitenində keçiriləcək.

Qeyd edək ki, “Thales SA” ilə imzalanan müqaviləyə əsasən Fransa şirkəti Bakı Metropolitenini müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsini təmin edəcək. İlk mərhələdə alınacaq avadanlıqlardan metropolitenin “Avtovağzal” və “Memar Əcəmi-2” (“Bənövşəyi xətt”) stansiyalarında istifadə olunacaq. Artıq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması işləri gedir. Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol