• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı
03.07.2018 12:07
"Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub. 

Respublikamızın ali məktəblərində müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib. Qalib tələbələrin iştirakı ilə baş tutan "Azercell-də ilk gün” adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti haqqında məlumat verilib. Sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən təcrübə əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcək karyeralarını qurmaq imkanı yaradır. Məlumat üçün bildirək ki, təcrübə proqramının ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində dəyərləndirilib. Son seçim turu isə Azercell nümayəndələri ilə üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Qeyd edək ki, 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 16 nəfər SABAH qrupu tələbələri olmaqla 156 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub. Onu da bildirək ki, Azercell Telekom yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etmək məqsədilə Qış Təcrübə, Təqaüd və Bölgə Proqramlarını həyata keçirir.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol