• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu"dan əhaliyə müraciət etdi

"Azərsu"dan əhaliyə müraciət etdi
05.07.2018 15:49
Mingəçevirdə baş verən 3 iyul tarixli enerji qəzasından sonra içməli su təminatında yaranan fasilə aradan qaldırılsa da, Bakı və Bakıətrafı qəsəbələrin bəzi hissəsində hələ də susuzluqdan əziyyət çəkən insanlar var.

Bununla bağlı Suraxanı, Sabunçu, Xəzər rayon sakinlərindən Modern.az-ın redaksiyasına şikayətlər daxil olub. Eyni zamanda, sosial şəbəkələrdə əhalinin suyu maşınla aldğını əks etdirən fotolar geniş müzakirələrə səbəb olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəbəri Anar Cəbrayıllı Modern.az-a faktı təsdiqləyib və bu gün ərzində problemin həll ediləcəyinə söz verib:

"Hövsan qəsəbəsinə dünən su verilib, amma Hövsan kəndinə bu gün veriləcək. Zığ, Qum adasına bu gün ərzində su verməyə çalışacağıq. Aeroport yolunun kənarındakı Samir Əliyev küçəsinə də su verə bilməmişik. Ora maşınlarla su verdik. Zabratın, Sabunçunun müəyyən ərazilərində, "Bağ massivləri"ndə su təminatını icra edə bilməmişik. Eyni zamanda, Səbail rayonunun Badamdar qəsəbəsinə çox az su verə bildik. Amma hazırda əraziyə su verilir. Atatürk prospektindəki xətlərdə təzyiq aşağıdır, onu aradan qaldırmağa çalışırıq.

Binəqədidə və Xocəsəndə çox az problem qalıb, Yasamal tam şəkildə su ilə təmin olunub. Abşeron, Sumqayıtda su problemi yoxdur. Bizim əsas problemlərimiz Sabunçu, Suraxanı, Xəzər rayonları və "Bağ massivləri"ndədir".

A.Cəbrayıllı bildirib ki, bu gün səhər saatlarında "Azərsu" rəhbəri Qorxmaz Hüseynovun sədrliyilə iclas keçirilib:

"İclasda sədr tərəfindən əhalinin su təminatının tam şəkildə təşkili tapşırığı verildi. 24 saat su ilə təmin olunan və qrafiklə su alan ərazilərimiz var. Rəhbərliyin göstərişilə bu istiqamətdə tənzimləmə aparılacaq ki, qrafiklə su alan abonentlərimiz də çətinlik yaşamasın. Hazırda vəziyyəti stabil qiymətləndiririk. Həm Kürdən, həm Ceyranbatandan, həm də Oğuz-Qəbələ və Şollardan normal həddə su gəlir. Əsas hədəf tənzimlə hesabına şəhərdə su ala bilməyən əraziləri suyla təmin etməkdir".

"Azərsu" rəsmisi eyni zamanda, abonentlərə müraciət edərək sudan qənaətlə istifadə etməyi xahiş edib:

"Şəbəkədə təzyiq yarada bilməmişik, bunun da səbəbi sudan israf istifadədir. Su alan əhalidən, xüsusilə "Bağ massivləri"ndəki abonentlərimzidən xahiş və tələb edirik ki, sudan qənaətlə istifadə etsinlər. Əksəriyyət tələbatını ödədikdən sonra suyu açıq qoyub bağlarını, gül-çiçəyini suvarır. Bu səbəbdən də təzyiq aşağı düşür, tələbat çox olduğundan ucqar ərazilərə su verməkdə çətinlik çəkirik. Şəbəkənin əvvəlində təzyiq normal olsa da, tələbat çox olduğundan axıra qədər çatdırmır. Ona görə həyət evləri və bağ massivlərindəki abonentlərimizdən sudan qənaətlə istifadə etmələrini xahiş edirik".

Şöbə müdirinin sözlərinə görə, su anbarlarında ehtiyatlar tam bərpa edilməyib:

"Dünən anbarlarımızda 45-50 faiz su ehtiyatı yarada bilmişik. Bu gün ərzində su ehtiyatlarını 75-80 faizə çatdırmağı nəzərdə tutmuşuq. Su almayan ərazilərin böyük hissəsini bu gün suyla təmin edəcəyik. Regionlarda vəziyyət stabildir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol