• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yol əsaslı şəkildə bərpa olunur

Bu yol əsaslı şəkildə bərpa olunur
11.07.2018 20:20
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın mühüm elementlərindən birini təşkil edən yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində tarixi layihələr icra olunub. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən yerli və respublika əhəmiyyətli, həmçinin magistral avtomobil yollarının müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub və olunmaqda davam edir. Bu cür layihələrdən biri də Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu km-liyini əhatə edən Gəndob-Quba hissəsinin yenidən qurulmasıdır.

II texniki dərəcəli olan magistral avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39 km-lik Gəndob-Quba hissəsində ərazilərdən asılı olaraq asfalt-beton örtükdə deformasiyalar, çökmələr və qabarmalar əmələ gəlib, örtüyün profili itib, çökmələr müşahidə olunur. Bundan başqa mövcud avtomobil körpülərinə yanaşmalarda və körpü keçidlərində də asfalt-beton örtük yararsız vəziyyətə düşüb, yol çiyinlərinin eni azaldığı üçün bərpasına ehtiyyac yaranıb.

Məhz bütün bunlar, həmçinin magistral yolun sözügedən hissəsinin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

Layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kv.m sahədə 20 sm qalınlıqda çınqıldan əsasın alt qatı və 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 sm hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir.

Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kv.m sahə 6 sm qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kv.m sahədə hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlərin 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır.

Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.

Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək.

Yolun bərpası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında əraziyə kifayət qədər qüvvə cəlb olunub. Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol