• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka sahəsində yenilik

İpoteka sahəsində yenilik
18.11.2014 17:23
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri yeni ipoteka strategiyasının bəzi detallarını açıqlayıb.ANN.Az “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib ki, yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb.“Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər”, - deyə E. Rüstəmov izah edib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol