• $
  • €
  • ₽
  • ₺
  • £

Əlil və şəhid ailələrinə - Şad xəbər

Əlil və şəhid ailələrinə - Şad xəbər
18.11.2014 16:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə (ƏƏSMN) müharibə əlilləri və şəhid ailələri üçün bu gün 6 rayonda (Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında) fərdi evlərin inşasına başlanıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, yaxın bir neçə gündə respublikanın daha 46 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlərin tikintisinə başlanacaq.

Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Fərdi yaşayış evlərinin keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla və müasir tələblərə uyğun inşasına nazirlik tərəfindən xüsusi diqqət yetirilir. Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək. Dövlət başçısının qeyd olunan Sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.Əlil və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) İcra Hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü  rayon (şəhər) İH-lərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında həyata keçirir. Rayon (şəhər) İH-lərindən ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib. Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol