• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər

Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər
18.07.2018 12:17
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "AppLab” layihəsində iştirak edən gənc developerlər üçün daha bir təlim sessiyası təşkil edib.

"Layihənin idarə edilməsi” mövzusunda keçirilmiş bu təlim, layihələrin uğurla idarə edilməsinin əsas prinsipləri ilə yanaşı, keyfiyyət meyarlarının düzgün təyin edilməsi, planlaşdırma metodlarının öyrənilməsi, PERT və Gant cədvəlləri, korporativ qaydaların müəyyən edilməsi və digər maraqlı mövzuları əhatə edib. Bakcell şirkətinin "AppLab” proqramının iştirakçılarına layihələrin həyata keçirilməsinin hər bir təşkilatda baş verən biznes proseslərinin ən vacib məqamlarından olması barədə məlumat verilib. Gənc developerlərə bildirilib ki, layihələr öz mürəkkəbliyinə görə fərqlənir və statistikaya əsasən, menecerlərin ümumi iş vaxtının 50%-dən çox olan hissəsi strategiyanın düzgün təşkil edilməsi və layihələrin düzgün idarə edilməsinə sərf olunur. Təlimin sonunda isə iştirakçılara öz yeni biliklərini praktikada tətbiq etmək imkanı verilib.

"Bakcell”in "AppLab” mərkəzində yaradılmış mühit çox yaxşı təsir bağışladı. Burada iştirakçılara yeni biliklər, fürsətlər və biznes əlaqələrin əldə edilməsi üçün geniş imkanlar verilir. Bu biznes inkubatoru təkcə iş mühiti deyil, iştirakçılar üçün keyfiyyətli bir məlumat mənbəyi rolunu oynayır və bugünkü kimi vacib mövzularda təlimlərin keçirilməsi onların daxili motivasiyasını artırmaqla yanaşı onların uğurlu olmaq şansını da xeyli artırır”, deyə CAC Təlim Mərkəzinin təlimçisi Məmməd Orucov bildirib.

"AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. "AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol