• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizə qarşı kiberhücumların sayı artıb

Ölkəmizə qarşı kiberhücumların sayı artıb
17.11.2014 18:54

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi helikopterin vurulmasından sonra Azərbaycana qarşı kiberhücumların kəskin artımı müşahidə olunur.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov deyib.

Onun sözlərinə görə, cəbhə xəttində yaranmış gərginlik AzNET şəbəkəsində də özünü göstərib və Azərbaycanın internet resurslarına hücumlar davam edir. Kiberhücumlara KİV resursları, dövlət və özəl strukturların saytları məruz qalırlar ki, bu da xarici hücumlardan davamlı müdafiənin təşkili məsələsini aktuallaşdırır. F.Fərmanov qeyd edib ki, hücumlar müxtəlif mənbələrdən həyata keçirilir: "Biz internet resurlarının sahiblərinə onların davamlı işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinə ciddi diqqət yetirməyi tövsiyə edirik".Elektron Təhlükəsizlik Mərkəzi haker hücumlarına məruz qalmış resurs sahiblərinə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir. Kömək üçün 1654 "qaynar xətt"inə və [email protected]/* */ elektron ünvanına müraciət etmək olar.Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol