• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
30.07.2018 20:51
Azərbaycan prezidenti İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
APA-nın məlumatına görə, Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi təsdiq edilib.
 
Əqli Mülkiyyət Agentliyinin təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

 
Azərbaycan Respublikasının Prezidentinə:
 
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 
icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;
 
Agentliyin yenidən təşkil və ləğv edilməsi.
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
 
Bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;
 
strukturunun və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
 
idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
 
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi.
 
Agentliyə:
 
İnkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
 
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu 5 000 000 (beş milyon) manat təşkil edir, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır; İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir; Agentliyin işçilərinin say həddi 69 ştat vahididir.
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,  Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnamə fondunu 300 000 (üç yüz min), Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnamə fondunu isə 500 000 (beş yüz min) manat məbləğində müəyyən etmək; Fərmanın 5.2-ci bəndinə uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq etmək; Agentliyin strukturunu bir ay müddətində təsdiq etmək, .Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Fərmanın 3.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, icra orqanının yaradılmasını, onun səlahiyyətlərinin müəyyənləşdirilməsini və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir.
 
Fərmanın 3.4-cü və 4.2-ci bəndlərində nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin ilkin nizamnamə fondunda və Patent və Əmtəə Nişanları Mərkəzinin nizamnamə fondunda olan vəsait hesabına formalaşır. Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
 
Fərmana əsasən, Agentlik dövlət qeydiyyatına alındığı gündən "mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik olmuş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti, Agentliyin təklifləri əsasında, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol