• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhərətrafı avtobuslara nə qədər ödəyək?

Şəhərətrafı avtobuslara nə qədər ödəyək?
01.08.2018 10:41
Tarif Şurası ölkədə nəqliyyatın qiymətinə dəyişiklik edəndən sonra bəzi suallar hələ də açıq qalıb. Belə ki, qərara görə metro və şəhərdaxili avtobuslarda qiymət 30 qəpik müəyyən olunub. Şəhərətrafı marşrut xətləri üzrə qiymətlər isə məsafəyə görə (hər kilometrə görə 2,4 qəpik) hesabalanacaq. Lakin hansı qəsəbəyə qiymətin nə qədər olacağı hələ də açıqlanmayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq şəhərətrafı yaşayış yerlərinə tətbiq olunan qiymətlər bəllidir: "Yeni qiymətlər hesablanıb və hazır formada daşıyıcılara təqdim olunub. Daşıyıcılara tapşırıq verilib ki, sürücülər də təlimatlandırılsın. Yəni, ilk günlərdə qiymətdən məlumatı olmayan və ya şəhərə yeni gələn şəxslərlə qiymət artımı barəsində mübahisə etməsinlər. Çünki bəzi sərnişinlər bundan xəbərsiz ola bilər, buna görə də sürücülər səbrli davranmalıdırlar. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları və daşıyıcıların əməkdaşları gün ərzində marşrut avtobuslarında nəzarəti gücləndirəcəklər ki, hər hansı xoşəgəlməz hadisə baş verməsin və ya daşıyıcılar, sürücülər süni qiymət artımına yol verməsinlər”.

M.Ağayev qeyd edib ki, şəhərətrafı yaşayış yerləri üçün müəyyən edilən yeni qiymətlər gün ərzində ictimaiyyətə də açıqlanacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol