• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyi postlar quracaq

Vergilər Nazirliyi postlar quracaq
01.08.2018 20:21
Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Nazirlikdən Unikalorg-a verilən məlumata görə, Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən "Fidan” istehsalat müəssisəsində, həmçinin paytaxtda və regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi nəzarəti tədbirləri keçirilib. Yoxlamalar zamanı "Qradus 40" MMC-nin istehsal obyektində 136 624 ədəd, "Fidan" istehsalat müəssisəsində 247 826 ədəd, topdansatış obyektlərində və anbarlarda isə 342 721 ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib. Bununla yanaşı, aparılmış nəzarət tədbirləri zamanı "Fidan" istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib. Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və "qara mühasibatlıq" sənədləri götürülüb.

"Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır. Aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır: "Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir”.

Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək: "Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol