• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobusa 20 qəpik verən sərnişinlərə görə mühüm xəbərdarlıq - RƏSMİ

Avtobusa 20 qəpik verən sərnişinlərə görə mühüm xəbərdarlıq - RƏSMİ
29.05.2020 09:04
"Sürücülər avtobus marşrutlarında gediş haqqı üçün 30 qəpik əvəzinə 20 qəpik ödəyən sərnişinlərlə mübahisə etməməlidir"

Bunu Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bəzi sərnişinlərin ictimai nəqliyyatda gediş haqqına görə 30 qəpik ödəməkdən imtina edərək 20 qəpik verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Tarif (qiymət) Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyənləşdirdikdən sonra bütün daşıyıcılar BNA-ya çağırılıb.
M. Ağayev hər bir avtobus marşrutu üzrə gediş haqqının maksimum həddi, eyni zamanda ara dayanacaqlarda ödənilməli olan məbləğlə bağlı avtobusda məlumatlar və lövhələrin olmasına dair daşıyıcıların hər birinə göstəriş verildiyini diqqətə çatdırıb.

Şöbə müdiri qeyd edib ki, ilk günlərdə qiymət artımından xəbər olmayan sərnişinlər, şəhərə yeni gəldiyinə və ya ölkədən kənarda olduğuna görə gediş haqqınının artırılmasından məlumatı olmayan insanlar 30 qəpik əvəzinə 20 qəpik versələr də onlarla mübahisə edilməməsi ilə bağlı bütün daşıyıcılara tapşırıq və xüsusi göstəriş verilib: "Mübahisəli hallar olarsa, bəzən bu cür hallardan sui-istifadə istifadə edib müəyyən çağırışlar edərlərsə, sürücülərin həmin sərnişinlərə qarşı maksimum dərəcədə anlayışlı və təmkinli olmaları barədə xüsusi tapşırıqlar verilib. İstənilən halda sürücülər sərnişinlərlə qiymət məsələsində mübahisəyə və xoşagəlməz hallara səbəb olacaq məqamlardan qaçınsınlar, uzaq dursunlar. Bu məsələlərə iki gündür nəzarət edilir".

Qeyd edək ki, Tarif (qiymət) Şuras metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifini 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol