Azərbaycanda devalvasiya gözlənilir? – Ekspertlərdən açıqlama

"Son bir ayda Tarif Şurası və Nazirlər Kabineti tərəfindən tariflərin və rüsumların artırılması nəticəsində bu il ərzində manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur”.
Bunu bizimyol.info-ya bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin kifayət qədər yüksək olması və dövriyyədə olan manatın həcminin aşağı olmasıdır: "Yəni hökumətin sərəncamında kifayət qədər dollar vəsaiti var, əhalinin isə manatı azdır. Belə vəziyyətdə devalvasiya təhlükəsi çox aşağıdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli bizimyol.info-ya açıqlamasında ilin sonuna kimi devalvasiyanın olmayacağını bildirib: "Neftin qiymətinin bahalaşacağı gözlənilir. Ona görə devalvasiyanı ertələyəcəklər. Əks halda ilin sonuna kimi devalvasiya ola bilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















