• $
  • €
  • ₽
  • ₺
  • £

Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib

Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib
09.08.2018 16:54
Azercell-in Telefon Mərkəzi 2018-ci ilin ilk 6 ayı ərzində daxil olan 2.302.000 zəngin 92%-ni cavablayıb.

Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən "Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir və təkmilləşdirir. Belə ki, şirkət tərəfindən mütəmadi olaraq keçirilən müştəri məmnuniyyəti sorğusunun 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Operativlik və yüksək keyfiyyətli xidmət Online Müştəri Xidmətləri və Sosial Şəbəkələr üzərindən çalışan təmsilçilərin də iş prinsipində özünü göstərib. Belə ki, Online Müştəri Xidmətləri əməkdaşları tərəfindən 105.000 sorğu cavablanıb. Facebook sosial şəbəkəsində abunəçilər tərəfindən Azercell əməkdaşlarına yönələn sorğuların 100%-i cavablandırılıb. Məhz bu müsbət göstəriciyə görə 2018-ci ilin birinci rübündə Azercell beynəlxalq "Socialbakers” şirkəti tərəfindən "Socially Devoted” sertifikatına növbəti dəfə layiq görülüb. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, yerli mobil operatorlar arasında yenidən ən yüksək nəticə nümayiş etdirib.

Azercell Müştəri Xidmətləri 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Qeyd edək ki, Azercell Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisi olaraq Azercell-in Telefon Mərkəzi sahəsində ISO18295, şikayətlərin idarə edilməsi sahəsində isə ISO10002:2014 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Məlumat üçün bildirək ki, Azercell 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell eyni zamanda ölkəmizdə ilk dəfə olaraq 2011-

ci ildə Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. 2014-cü ildə Azercell Azərbaycanda Abunəçi Loyallığı İndeksini (NPS) ölçməyə başlayan ilk şirkət olub. Hazırda Azercellin Bakıda 7, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 5, bölgələrdə 5 Müştəri Xidməti Mərkəzləri mövcuddur, eyni zamanda Bakı şəhərində 3 Asan Mərkəzində Azercell MX məntəqəsi fəaliyyət göstərir ki, bunlar da Azercell üçün abunəçisinin daim diqqət mərkəzində saxlanılması, rahat və keyfiyyətli xidmətlə təmin olunması prioritet amillərdəndir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol