• $
  • €
  • ₽
  • ₺
  • £

596 bal yığdı, universitetə qəbul olmadı? DİM-dən açıqlama

596 bal yığdı, universitetə qəbul olmadı? DİM-dən açıqlama
16.08.2018 11:57
Ali məktəblərə qəbul imtahanında 596 bal toplayan abituriyent tələbə adını qazana bilməyib.

Bizimyol.info xəbər verir ki, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Təəccüblüdür ki, yüksək bal toplamasına baxmaraq, o, heç bir ali məktəbə qəbul ola bilməyib.

Təhsil eksperti Kamran Əsədov indiyədək belə bir halla rastlaşmadığını deyib: "Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin Xanlar Xanlarzadənin verdiyi açıqlamaya görə isə yayılan məlumat saxtadır:

"Abituriyentin həmin nəticəsi fotomontajdır. Tələbə orada qeyd olunandan da az nəticə göstərib. Sadəcə olaraq həmin fotoşəkil montaj olunaraq ictimaiyyət aldadılıb. Çox təəssüf hissi ilə qeyd edirik ki, belə fotomontaj edərək cəmiyyəti, insanları aldadırlar, fikir çaşqınlığı yaradırlar”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol