• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda ət və çörək bahalaşıb

Paytaxtda ət və çörək bahalaşıb
30.08.2018 16:00
2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb. 

Bakı Statistika İdarəsindən Oxu.Az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb. 

Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.

Bakıda ət və çörək bahalaşıb  

Konkret olaraq məhsullar üzrə qiymət  indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında "Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, "Ət məhsulları” qrupu 0,3 faiz, "Balıq məhsulları” qrupu 1,1 faiz, "Yağ və piylər” qrupu 0,2 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən  yeyinti məhsulları” qrupu 0,2 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz,  "Araq, brendi (konyak)” qrupu 0,2 faiz, "Pivə” qrupu 0,1 faiz bahalaşıb. 

Qeyri-ərzaq məhsullarından "Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, "Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, "Telefon aparatları” qrupu 0,4 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, "Zərgərlik məmulatları” qrupu 0,6 faiz, "Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.

Ödənişli ali təhsilin qiyməti yüksəlib 

O ki qaldı xidmət sektoruna, hesabat dövründə Bakı şəhərində bu seqmentdə də qiymət artımı baş verib. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupu 0,5 faiz, "Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 4,6 faiz, "Hava sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 2,2 faiz, "Ödənişli ali təhsil haqqı” qrupu 0,5 faiz, "Mehmanxana xidməti” qrupu 0,7 faiz,  "Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,1 faiz bahalaşıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol