• $
  • €
  • ₽
  • ₺
  • £

“Kadastr kalkulyatoru” yaradılıb

“Kadastr kalkulyatoru” yaradılıb
04.09.2018 20:17
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən "Kadastr kalkulyatoru” yaradılıb.

Komitədən Mia.az-a bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilir. Yeni elektron xidmət sayəsində "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.

"Kadastr kalkulyatoru”ndan istifadə qaydaları çox sadə və anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına ("e-emdk.gov.az”) daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən "Kadastr kalkulyatoru” seçilir. Xidmətdə "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” əməliyyatları yer alıb.

Daşınmaz əmlakın kadastr planlarını və yerquruluşu xəritələrini tərtib etmək istəyən şəxs xidmətə giriş etməklə tələb olunan məlumatları daxil etməlidir. Belə ki, torpağın uqodiyası, sahəsi, o cümlədən döngə nöqtələrinin sayı, torpaq sahəsinin hansı regionda yerləşməsi qeyd olunur. Bundan başqa, torpağın hansı kateqoriyaya aid olduğu əks olunmalıdır. Belə ki, vətəndaş torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı, həyətyanı və bağ sahəsi, su obyektləri, meşələr bölməsini seçməlidir. Eyni zamanda, xidmətdə tikilinin sahəsi, mülkiyyətçilərin və tərtib olunan plan və ya xəritənin sayı da göstərilməlidir. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər.

Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar "Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir.

Torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çox illik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol