• $
  • €
  • ₽
  • ₺
  • £

“Aİ 92"i oktyabrda bahalaşacaq? - Əsas AMİLLƏR

“Aİ 92"i oktyabrda bahalaşacaq? - Əsas AMİLLƏR
05.09.2018 16:43
Bakı Neft Emalı Zavodu oktyabrda əsaslı təmirə dayanır, benzinin qiyməti necə olacaq?

Azərbaycanda "Aİ 95" və ”Aİ 98" benzinləri bahalaşdı. Bu markaları hamı "varlıların benzini” adlandırır. Amma onların bahalaşmasından sonra kütləvi istifadədə olan "Aİ 92"-nin də bahalaşacağına dair ehtimallar irəli sürülür. İqtisadçı-alim Qubad İbadoğlu ”Yeni Müsavat"a açıqlamasında "Aİ 95" və ”Aİ 98" markalı benzinlərin bahalaşmasının ardından "Aİ 92" markalı benzinin, dizel yanacağı və yanacaq-sürtkü materiallarının da bahalaşması ehtiamlının olduğunu bildirib.

Deyib ki, bunun üçün iqtisadi əsaslar da çoxdur. İqtisadçı bu sırada 95 və 98 markalı benzinlə 92 marka arasında, 92 marka benzinlə dizel yanacağı arasındakı qiymət fərqini əsas amil kimi önə çəkib. Bildirib ki, hökumət bundan istifadə edərək növbəti qiymət artımlarını əsaslandırmağa çalışacaq. Amma bu, qiymət artımı üçün yeganə əsas olmayacaq. 

Qiymətlərin artmasını şərtləndirən digər məqam isə oktyabr ayında Bakı Neft Emalı Zavodunun irimiqyaslı təmirə dayandırılacağı və bunun nəticəsində ”Aİ 92" markalı benzinin xaricdən idxalına başlanacağı gözləntisi ilə əlaqədardır. Bu, baş verərsə, qeyd olunan benzinin daxili satış qiymətinin idxal qiymətinə uyğunlaşdırılması lazım gələcək. Bundan əlavə, ölkəyə avtomobil idxalı da sürətlə artır. Belə ki, bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub - 4468 avtomobilə qarşı 11 min 700 avtomobil. Hökumət həmçinin digər postsovet ölkələrində qiymətin bizdən yüksək olması arqumentindən də yararlana bilər.

Qubad İbadoğlu bunu yanlış hesab edir. Deyir ki, Azərbaycanda benzinin qiyməti ucuz görünə bilər. Amma orta aylıq əmək haqqı ilə alınan benzinin miqdarına baxanda Azərbaycan digər ölkələrdən geridə qalır. Məsələn, Almaniyada orta aylıq əmək haqqı ilə 3 min litr, İranda 1840, Rusiyada 1003, Qazaxıstanda 920, Belarusda 679, Gürcüstanda 495, Türkiyədə 485, Azərbaycanda isə 350 litr 98 markalı benzin almaq mümkündür. Bu müqayisə göstərir ki, qiymət səviyyəsi müqayisə üçün əsas olmamalıdır.

Yada salaq ki, Azərbaycanda Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı təmirə dayandırılacağı may ayında elan edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bildirmişdi ki, istehsalın dayandırılması səbəbindən "Aİ-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. O, idxal üçün ən əlverişli bazarın Rusiya olduğunu açıqlamışdı. Bildirmişdi ki, bu, logistika, qiymət və keyfiyyət baxımından sərfəlidir. David Məmmədov xüsusi olaraq vurğulamışdı ki, bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır, Azərbaycanda kiyafət qədər benzin ehtiyatı mövcuddur.

"Lakin yay mövsümündə daxildə hansı həcmdə ”Aİ-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək" - deyə vitse-prezident vurğulamışdı. Qeyd edək ki, Bakı Neft Emalı Zavodunda təmir işləri 1 ay davam edəcək.
 
//baku.ws

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol