• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur
05.09.2018 19:39
Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər.

Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilimizin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom” MMC bu dəfə də nüfuzlu olimpiadada şagirdlərimizin uğur qazanmasına dəstək göstərir.

Belə ki, məktəblilər olimpiadaya yola düşməzdən öncə "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi hazırlıq keçiblər. Məşğələlərdə əsas məqsəd şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.

2019-cu ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ 1994-cü ildə, iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.

Azercell Telekom şirkəti ölkəmizi Yaponiyada keçirilən olimpiadada təmsil edən şağirdlərimizə uğurlar arzulayır!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol