• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Metropoliteni"ndə ixtisar oldu

"Bakı Metropoliteni"ndə ixtisar oldu
13.09.2018 11:45
"Bakı Metropoliteni"ndə ixtisar oldu"Bakı Metropoliteni" QSC-də struktur dəyişikliyi olub. Modern.az-a daxil olan məlumata görə, dəyişikliklə Qatarların qəbulu və yola salınması üzrə növbətçı ştatı ləğv edilib. Əvəzində Platforma üzrə növbətçi ştatı yaradılıb.

Bundan əvvəl bütün işçilər imtahandan keçirilib. İmtahandan kəsilənlər, yaxud daha az bal toplayanlar ixtisar olunub. Ümumilikdə 228 işçidən 75-i imtahanlarda yüksək nəticə göstərib. Onlar yeni yaradılan ştatda çalışacaq. İxtisar edilənlərin isə daha aşağı vəzifəli işlərlə - xadimə, qataryuyan və s. işlərlə təmin ediləcəyi bildirilib.

Qeyd edək ki, buna qədər 25 stansiyada Qatarların qəbulu və yola salınması üzrə növbətçı ştatının 10 əməkdaşı xidmət edirdi. Struktur dəyişikliyindən sonra hər stansiyada 3 nəfər işçi çalışır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib. B.Məmmədov bildirib ki, struktur dəyişikliyi işlərin daha optimal hal almasına xidmət edir:

"İşçilərdən ixtisar olunan yoxdur. Belə ki, orada ixtisara düşən işçilər başqa işlərlə təmin ediləcəklər. Müasir dövrün tələbləri başqadır. Platforma üzrə növbətçi ştatı daha perspektivli olacaq, həm işçilərin özü üçün, həm də metronun təhlükəsizliyi baxımından. Bunun üçün dünya təcrübəsi və post-sovet məkanın təcrübəsi öyrənilib. Platforma üzrə qatarların qəbulu və yola salınması, platformaya nəzarət yeni yaradılmış ştatın səlahiyyətində olacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol