• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil elektron imza ilə təhlükəsiz internet bankçılıq

Mobil elektron imza ilə təhlükəsiz internet bankçılıq
06.11.2014 15:18
İnformasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin həyatına nə qədər çoxsaylı və rəngarəng üstünlüklər gətirsə də, bəzən bu inkişafdan müxtəlif sahələrdə sui-istifadə edənlər də tapılır. Son illər bu cür mənfi hallar xüsusən də şəxsi məlumatların toxunulmazlığı və təhlükəsizliyi tələb edilən sahələrdə (maliyyə, bankçılıq və s.) qeydə alınmaqdadır.Bu gün dünyada bu kimi halların monitorinqi üzrə müxtəlif araşdırmalar aparılır və hesabatlar hazırlanır. Belə ki, Rusiyanın “Kasperski Laboratoriyası” (Лаборатория Касперского) şirkəti və İNTERPOL tərəfindən birgə hazırlanmış “Mobil kiber təhdidlər” adlı araşdırmada qeyd olunur ki, 2013-cü ilin avqust ayının əvvəlindən 2014-cü ilin sentyabr ayının əvvəlinədək olan dövrdə Azərbaycanda olan istifadəçilərin 0,41%-i "Trojan-Banker" adlı zərərli mobil proqram təminatının hücumuna məruz qalıb. Sənəddə vurğulanır ki, hesabat dövrü ərzində Azərbaycan "Trojan-Banker"lə yoluxma riskinin ən böyük olduğu 10 ölkə sırasında 9-cu yerdə qərarlaşıb. Bu onluğa 89,24-0,34% arasında göstəricilərlə Rusiya, Qazaxstan, Ukrayna, Belarus, Litva, Bolqarıstan, ABŞ, Almaniya, Azərbaycan və İtaliya daxil edilib.Qeyd edilən dövr ərzində "Trojan-Banker" ailəsinə daxil olan zərərli proqramların vasitəsilə cəmi 67,5 min hücum qeydə alınıb. Hücumlar əsasən onlayn bankçılıq sistemlərinə daxil olmaq üçün zəruri olan məlumatların oğurlanması məqsədi daşıyıb və başlıca olaraq Android mobil platformasına yönəldilib. Ümumilikdə, 37,7 min istifadəçi bu hücumlara məruz qalıb. Araşdırılan dövr ərzində mobil bank troyanlarının müxtəlif modifikasiyalarının sayı 2013-cü ilin avqust ayında qeydə alınan 423 növdən 2014-cü ilin iyul ayına olan 5967 növədək artmışdır ki, bu da 14 dəfədən çox artım deməkdir. ABŞ-ın “Javelin Strategy & Research” araşdırma şirkəti özünün “2014 Identity Fraud Study”1 adlı hesabatında qeyd edir ki, 2013-cü ildə 13,1 mln. ABŞ vətəndaşı elektron mühitdə öz şəxsi məlumatlarının oğurlanması faktı ilə üzləşib ki, bu da 2012-ci ildə qeydə alınan eyni göstəricini 500 000 üstələyir.Görünən budur ki, qloballaşan dünyada mütərəqqi İT həllərin ənənəvi maliyyə/bankçılıq sahəsinə inteqrasiyası bu zaman meydana çıxa biləcək arzuolunmaz sui-istifadə hallarının qarşısının alınmasını da zəruri edir. Hazırda dünyada şəxsi rəqəmsal məlumatların təhlükəsizliyini ən yüksək səviyyədə təmin edən və bir çox fəaliyyət sahələri ilə yanaşımaliyyə sahəsinin də xidmətində olan qabaqcıl texnoloji həll kimi elektron mühitdə şəxsi identifikasiya və imzalama funksiyalarını yetirən mobil imza texnologiyası mövcuddur. Əlamətdar haldır ki, Azərbaycanda da bu texnoloji nailiyyət tətbiq edilib və artıq bir ildən çoxdur ki, ölkədə “Asan İmza” mobil elektron imza xidməti uğurla fəaliyyət göstərir. Bu xidmətin başlıca üstünlüyü ondan ibarətdir ki, elektron mühitdə şəxsin identifikasiyası və imzalama əməliyyatı heç bir əlavə qurğuya (smart-kart oxuyucusu və smart-kart) və proqram təminatına ehtiyac olmadan, sadəcə mobil telefon vasitəsilə həyata keçirilə bilir. Bu əməliyyatlar üçün tələb olunan avtorizasiya və imzalama rəqəmsal açarları hər hansı kənar mənbədə deyil, istifadəçinin mobil telefonunda olan SIM-kartda yerləşir və yalnız istifadəçinin özünə bəlli olur. Bu da, öz növbəsində, istifadəçiyə onlayn bankçılıq və ya digər elektron xidmətlərdən yararlanmaq istədiyi zaman ən yüksək təhlükəsizlik imkanları təqdim edir.Bu mənada “Asan İmza”nın təqdim etdiyi üstünlüklərə bu gün ölkənin bank sektoru da biganə qalmır və artıq aparıcı yerli banklar bu xidmətə qoşularaq öz müştərilərinə təhlükəsiz və asan İnternet bank xidmətləri göstərirlər. Müştərilərin isə bundan qazancı odur ki, banka getmədən, mobil telefon vasitəsilə İnternet üzərindən elektron bank xidmətlərindən rahatlıqla faydalana bilirlər.Hazırda Azərbaycanın “Asan İmza” mobil elektron imzası dünyada mövcud olan analoqları ilə müqayisədə texnoloji və təhlükəsizlik baxımından ən təkmil mobil imzadır. Azərbaycanın innovativ brendi olan “Asan İmza” elektron xidmətlərdən istifadəni maksimum sadələşdirməklə yanaşı, şəxsi rəqəmsal məlumatların ən güvənli və etibarlı səviyyədə qorunmasını təmin edir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol