• $
  • €
  • ₽
  • ₺
  • £

89 neftçiyə mənzil verilib - SOCAR-ın ötən ili

89 neftçiyə mənzil verilib - SOCAR-ın ötən ili
18.09.2018 11:26
SOCAR 2017-ci il üzrə "Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb.

"Qafqazinfo” xəbər verir ki, hesabat şirkətin ötən il əldə etdiyi əsas istehsalat və maliyyə göstəriciləri, şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin fəaliyyət nəticələrini özündə əks etdirir.

Hesabatda bildirilir ki, şirkət ötən il büdcəyə 1,5 milyard manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 milyon ton neft emal edilib. 

SOCAR ötən il 1886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub. 

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. Mənzil növbəsində olan 89 neftçi ailəsi "Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol