• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda metroda texniki nasazlıq yaranıb

Bakıda metroda texniki nasazlıq yaranıb
19.09.2018 22:11
Metroda qatarda texniki nasazlıq yaranıb.

"Qafqazinfo” xəbər verir ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May” stansiyasında baş verib.

"İçəri Şəhər”- "Həzi Aslanov” marşrutu üzrə hərəkətdə olan qatar "28 May” stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn "Dərnəgül”- "Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar "Nizami” stansiyası ilə "28 May” stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə "Nəriman Nərimanov” stansiyasına qədər gələrək sərnişinləri düşürüb, depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol