• $
  • €
  • ₽
  • ₺
  • £

"Qaçqınkom"da müdirlər dəyişdi SİYAHI

"Qaçqınkom"da müdirlər dəyişdi SİYAHI
22.09.2018 22:18
mitənin Mənzil İstismar Departametində də dəyişiklik edilib

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub. Komitənin bir neçə şöbəsinin, departamentinin və sektorunun rəhbərliyi dəyişdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri Quliyev Elman Şahlar oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə təyinat olmayıb.
Komitənin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsi Status sektorunun müdiri, şöbə müdirinin müavini Mürsəlov Telman İslam oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə Abdullayev Etibar Məmməd oğlu təyin olunub. 

Şöbənin Məskunlaşma, miqrasiya və məşğulluq sektorunun müdiri Süleymanov İlqar Xalid oğlu da vəzifəsindən xaric edilib. Sektor müdiri vəzifəsinə Ələsgərov Muxtar İslam oğlu təyin olunub. O, əvvəllər Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Regional idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

Bundan başqa, Məmmədov Ələddin Seyfəddin oğlu Tikinti Təmir və Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Həmin vəzifə Əlvəndov Rövşən Aydın oğluna həvalə olunub.

Komitənin Mənzil İstismar Departametinin direktor müavini də Quluyev Qulu Nayfalı oğlu da vəzifəsindən xaric edilib. Onun yerinə Məmmədov Asif Lətif oğlu təyin olunub.

Departamentdə sektor müdiri İsgəndərov Nazim İdris oğlu da çıxarılıb. Həmin vəzifə Əliyev Elnur Zakir oğluna həvalə edilib. /report/




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol