• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib
24.09.2018 16:57
Sentyabrın 22-də "Nar” operatoru özünün korporativ müştəriləri ilə növbəti görüş keçirib. 100-ə yaxın şirkətdən 250-yə qədər nümayəndənin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Görüşdə "Nar” ilə əməkdaşlıq edən şirkətlər iştirak ediblər. "Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar "Nar” zalında "Johnny English 3” adlı yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib. Qalib müştərilərə "Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran "Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Bundan başqa, korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edirlər.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol