• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit götürənlər üçün SÜRPRİZ

Kredit götürənlər üçün SÜRPRİZ
04.11.2014 16:44

Mərkəzi Bank əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını daha yaxşı qorumaq üçün banklar qarşısında yeni tələb qoyub.

ANN.Az ANS-ə istinadən verdiyi məlumata görə, yeni tələbə əsasən müştərin aldığı krediti, digər məhsullarda olduğu kimi 14 gün ərzində geri qaytarmaq hüququndan istifadə etməsidir. Yəni, siz kredit götürdükdən bir müddət sonra ona ehtiyac olmadığını hiss edirsinizsə, geri qaytara bilərsiniz. Mərkəzi Bank müştərilərin krediti geri qaytarmaq hüququnun bərpasını tələb edən metoloji sənədi ilin sonuna qədər banklara göndərəcək. Qurumdan bildirildi ki, bununla həm istehlakçıların hüquqlarının qorunması, həm də əhalinin kütləvi borclanmasının qarşısını almaq hədəflənir. Hələ ki, sənəd üzərində işlər bitmədiyindən təfərrüatlar bəlli deyil. Amma mütəxəssislər deyirlər ki, kredit adi məhsullardan fərqləndiyindən onun qaytarılması prosesi elə olmalıdır ki, müştərinin hüququ qorunarkən bankın hüququ pozulmasın. Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyir ki, əgər müştəri krediti 10 günə qaytarırsa, onda 10 günün faizi da müştəri özü ödənməlidir. Amma ekspertlərin fikrincə, kredit geri qaytarılanda komissiya haqqının müəyyən hissəsi müştəriyə geri verilə bilər. Çünki kreditin rəsmiləşdirilməsinə bankın işçi qüvvəsi cəlb olunsa da, vəsait vaxtından tez qayıtdığından onun idarə olunmasına bank xərc çəkməyəcək. Sığortaya gəlincə isə, mövcud qanunlar müqavilə vaxtından əvvəl pozularsa, sığorta haqqının müştəriyə qaytarılmasını nəzərdə tutur. Bu gün ölkədəki bankların çoxu müştəri ilə münasibətləri özləri istədiyi kimi tənzimləyir. Mərkəzi Bank isə bu cür sənədlərlə onları qaydalara tabe etməyə çalışır.ANN.Az 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol