• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” əmək yarmarkasında iştirak edib

“Nar” əmək yarmarkasında iştirak edib
27.09.2018 16:32
"Nar” Odlar Yurdu Universitetində "Kariyerada ilk addım” devizi altında keçirilən əmək yarmarkasında iştirak etdi. 50-dən çox şirkətin qatıldığı yarmarkada mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. Bundan əlavə, stend ziyarətçiləri "Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər.

Sentyabrın 26-da keçirilmiş yarmarkada "Nar” stendinə maraq böyük olub. Gün ərzində 400-ə qədər adam stendi ziyarət edib. Yarmarka gənclərin əmək bazarına inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilib.

Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” operatoru "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.

Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol