• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar 1 milyard borcu qaytarmırlar

Azərbaycanlılar 1 milyard borcu qaytarmırlar
04.11.2014 13:59
İlin bitməsinə 2 ay qalıb. 10-a qədər bank bazarda qalmaq üçün çırpışırlar. Onların təxminən yarısı gələn il bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq.Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev Facebook hesabında yazıb.Mərkəzi Bank sentyabr ayı üzrə statistik məlumatları açıqlayıb. Yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib.Ekspertin sözlərinə görə, açıqlanan statistikada bildirilir ki, 9 ay ərzində problemli kreditlərin payı və həcmi artmaqda davam edib.“Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə - 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8% artıb. Problemli kreditlərin 79%-i manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56%-ə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5% təşkil edib.Eyni zamanda bankların aktivləri azalıb. Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib.Əmanət qoyuluşu da azalıb. 9 ayda artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb.Mənfəətlə işləyən bankların sayı artıb. Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb”, - S.Əliyev bildirib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol