• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni cəzalar tətbiq ediləcək

Azərbaycanda yeni cəzalar tətbiq ediləcək
09.10.2018 15:15
Azərbaycanda dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərlə bağlı cəzalar müəyyən edilib.

AzVision.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Məcəlləyə əlavə edilən 219-2 (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsinə əsasən, stasionar platformanın məhv edilməsinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etməyə görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qəsdən qanunsuz olaraq stasionar platformanı məhvetmə və ya onun təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb olan zərər yetirməyə görə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə saxlamaya görə 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır..

Qeyd olunub ki, bu maddədə "Stasionar platforma” dedikdə təbii sərvətlərin kəşfiyyatı və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər üçün dənizin dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və ya qurğu başa düşülür. 

Layihə yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol