• $
  • €
  • ₽
  • ₺
  • £

1,3 və 5 qəpiklər yığışdırılacaq?

1,3 və 5 qəpiklər yığışdırılacaq?
17.10.2018 16:30
"Xırda qəpik problemindən qurtulmağın ən yaxşı yolu nağdsız ödənişlərin artırılmasıdır”.
 
Anews.az xəbər verir ki, Sfera.az-a açıqlamasında bu sözləri 1, 3 və 5 qəpiklik sikkələrin demək olar ki, dövriyyədə işləməməsi və bu halda onlardan qurtulmağın yolları barədə məsələyə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
Onun sözlərinə görə, xırda qəpiklərin dövriyyədə qalmasının iqtisadi əsasları yoxdur:
 
"Burada başqa bir maraqlı cəhət odur ki, Azərbaycanın 1,3 və 5 qəpikliklərinin istehsalı prosesinin maya dəyəri öz nominal dəyərindən daha baha başa gəlir. Azərbaycanda bildiyiniz kimi, 1,3 və 5 qəpikliklər istehsal olunmur. Manat ümumiyyətlə xaricdə istehsal olunur. Sikkələr əsasən Avstriyada çap olunur. Ona görə də həmin qəpiklərin daşınma və istehsal xərci nominal dəyərindən baha olur. Bu səbəbdən onların dövriyyədə olması və yenilərinin istehsalı artıq iqtisadi cəhətdən də məntiqə uyğun deyil. Yəni iqtisadi əsasslandırma da yoxdur. Çünki ciddi problem var. Maya dəyəri çox yüksəkdir. Ən yaxşı yol nağdsız ödənişlərin təşviqi məsələsidir. Nağdsız ödənişlərin təşviqi zamanı isə ümumiyyətlə qəpiklərə ehtiyac qalmayacaq. Bir müddətdən sonra təbii üsullarla 1 və 3 qəpikliklər ticarət dövriyyədən çıxarılmalıdır. 5 qəpiklikdən isə hələ də kifayət qədər istifadə olunur. Onların yenilərinin istehsalına ehtiyac yoxdur və ona görə də bir müddət dövriyyədə qala bilər. Qəpik problemindən qurtarmağın ən yaxşı yolu dediyim kimi, nağdsız ödənişlərin artırılmasıdır. Bu zaman həm dövriyyə şəffaf olur, vergi daxil olmaları və ticarət obyektlərinin məsuliyyəti artıq. Hökumət bu istiqamətdə ciddi düşünərək addımlar atmalıdır”.
 
Qeyd edək ki, Azərbaycanda 1,3 və 5 qəpikliklər də dövriyyədədir. Hansı ki, bu qəpikləri demək olar ki, heç bir yerdə, heç bir satış məntəqəsində götürmürlər. Belədə görünən odur ki, xırda qəpiklər lazımsız pula çevrilir. Bu fonda onların dövriyyədə qalmasındansa, dövriyyədən çıxarılması daha məqsədəuyğundur”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol