• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə neft kəskin ucuzlaşdı - Azərbaycan üçün risk

Bu gecə neft kəskin ucuzlaşdı - Azərbaycan üçün risk
14.11.2018 10:48
Brent neftinin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə düşdü.

Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsinin ardından daha da düşüb. Neft 12 gündür ucuzlaşır.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falih, istehsalçıların Oktyabr ayındakı hasilatdan 1 milyon barrel az neft istehsal etmələri lazım olduğunu söyləmişdi. 

Tramp Twitter vasitəsilə verdiyi açıqlamada, "Ümid edirəm ki, Səudiyyə Ərəbistanı və OPEC neft istehsalını azaltmayacaq. Neft qiymətləri təklifə bağlı olaraq daha aşağı olmalıdır" - deyib.


"Marja" xəbər verir ki, Trampın açıqlamsından sonra, Brent markalı neft təxminən 7,5% ucuzlaşaraq 64,75 dolları, ABŞ xam neftinin qiyməti isə 8% düşərək 54,90 dolları görüb (Saat 07:00-a olan məlumat).
 
Neft qiymətləri ötən aydan bəri isə 25 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.


ABŞ 8 ölkəyə İrandan neft satın almağa möhlət verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb.

ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin bu məhdudiyyətlərdən müvəqqəti (180 gün) istisna olunduqlarını açıqladı. 

Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.

Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal iqtisadi artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da yaranıb. Bütün bu proseslər də neft qiymətlərinə mənfi təsir edir.

OPEC aylıq hesabatında 2019-ci ildə neftə tələbin gözləniləndən sürətli azaldığını gözlədiyini qeyd eetmişdi.

"Neft qiymətləri mənim sayəmdə aşağı düşür"


ABŞ Prezidenti Donald Tramp, son həftələrdə neft qiymətlərində baş verən azalmanın özü sayəsində olduğunu bildirmişdi.

İrana qarşı sanksiyalardan səkkiz ölkəyə möhlət verdiklərini xatırladan ABŞ Prezidenti Donald Tramp, "Bunu etməyimin bir səbəbi məndən kömək istəmələridir. Ancaq, əsas səbəb neft qiymətlərinin 100 dollara və ya 150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən aşağı salıram. Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftədə olduqca əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görərsiniz. Bu mənim sayəmdə oldu" demişdi.

 Tramp,"OPEC deyilən bir monopoliya var və mən bu monopoliyanı sevmirəm" ifadəsini də işlətmişdi.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürür. İqtisadçılar bu qiymıtin riskli olduğu barədə xəbərdarlıq etmişdilər. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar götürülmüşdü.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol