• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana 192 milyon dollar

Azərbaycana 192 milyon dollar
23.10.2014 13:59

Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə bu gün Bakıda "Strategiyanın təhlili" adlı ikigünlük seminar başlayıb.

ANS PRESS xəbər verir ki, BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) tərəfindən təşkil olunan tədbirdə donorlar, inkişaf sahəsi üzrə nütəxəssislər, vətəndaş cəmiyyəti üzvləri və dövlət rəsmiləri qatılıblar. Məqsəd kənd təsərrüfatı sektorunun daha da gücləndirilməsi, kənd yerlərinin inkişafı üzrə aparılan tədbirlərin dəstəklənməsi vasitəsilə kəndlərin inkişafı, iş yerlərinin və güclü kənd icmalarının yaradılmasını stimullaşdıran istiqamətlərin və alətlərin müəyyən edilməsi barədə fikir mübadiləsi aparmaqdır.Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Azərbaycana son 15 ildə İFAD tərəfindən 192,4 milyon dollar sərmayə qoyulub. Bu, minlərlə insanın işlə təmin olunmasına, regional inkişafa xidmət edib. İFAD Azərbaycanda kənd təsərüfatının yeni inkişaf strategiyasını müəyyənləşməsində mühüm rol oynayır. İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar deyib ki, indiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqramlardan və layihələrdən faydalanıb. İFAD-ın 67,4 milyon ABŞ dolları məbləğində qoyduğu ümumi sərmayəyə əlavə 125 milyon dollarda əlavə olunub. İFAD-ın tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sektorun inkişafına yönəldiləcək. Əminik ki, bu, keyfiyyət və gigiyena standartlarına diqqət yetirməklə ənənəvi təsərrüfatçılıq təcrübələrinin yaxşılaşdırılması ilə nəticələnəcək.Xatırladaq ki, İFAD-ın Azərbaycanla tərəfdaşlığı 1997-ci ildən başlayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol