• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şəbəkəsi sınaqda uğurlu nəticələr nümayiş etdirib

Bakcell şəbəkəsi sınaqda uğurlu nəticələr nümayiş etdirib
23.10.2014 12:02
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin mobil rabitə operatorlarının xidmət keyfiyyətinin yoxlanılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sirafişi ilə həyata keçirilmiş monitorinqin nəticələrini məmnunluqla bölüşür.Monitorinq dünyanın nüfuzlu “Global Wireless Solutions” şirkəti tərəfindən bu ilin iyul ayında Bakıda “Gəzinti testi”, “Nəqliyyat testi” və “Qapalı məkan testi” formasında aparılıb.Monitorinqin nəticələrinə əsasən paytaxın Nizami küçəsində aparılan “Gəzinti testi” zamanı Bakcell İnternetə qoşulma üzrə ən yaxşı nəticə nümayiş etdirib. Belə ki, sözügedən ərazidə “Bakcell”in 3G şəbəkəsində İnternetin keyfiyyəti hətta digər operatorun 4G şəbəkəsindəkindən üstün olub. “Qapalı məkan testi” vasitəsilə zənglərin keyfiyyətinin ölçülməsi zamanı da Bakcell 100%-lik nəticə nümayiş etdirib. Bakcell SMS-lərin çatdırılmasının etibarlılığı sınağından da uğurla çıxıb və ən yaxşı nəticələrdən birini göstərib.Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət abunəçilərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə şəbəkəsinə sərmayə yatırmağa davam edir. “Bakcell”in 3G Sür@ xidməti vasitəsilə abunəçilərə ən yüksək səviyyəli mobil internet xidməti göstərilir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol