• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank "UNEC Business English Conversation Club" layihəsinə yekun vurub - FOTOLAR

AccessBank "UNEC Business English Conversation Club" layihəsinə yekun vurub - FOTOLAR
29.05.2020 12:17
AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı və ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan "UNEC Business English Conversation Club" layihəsinin bağlanış mərasimi keçirilib.

Anews.az xəbər verir ki, bağlanış mərasimində çıxış edən UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub: "Bildiyiniz kimi, "UNEC Business English Conversation Club" ilk dəfə həyata keçiriləndə özündən söz etdirə bildi və bu səbəbdən layihənin davamlı olmasına qərar verildi. Mən layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. "UNEC Business English Conversation Club" tələbələrimizə çox şey qazandırdı. Əldə olunan razılığa əsasən, bəzi tələbələrimiz AccessBank-ın müxtəlif departamentlərində təcrübə keçəcəklər. Bunun üçün AccessBank-ın komandasına xüsusi təşəkkürümü bildirirəm".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd etdi ki, "UNEC Business English Conversation Club" adıçəkilən ali təhsil ocağının AccessBank ilə əməkdaşlığını daha da dərinləşdirdi. "Mən tələbələrin bu layihəyə necə yanaşdığının şəxsən şahidi olmuşam. Təbii ki, bu yanaşma layihənin effektivliyindən xəbər verir. Şübhə etmirəm ki, AccessBank bizi bu cür layihələrlə gələcəkdə də sevindirməyə davam edəcək və tələbələrimiz yeni biliklər əldə etməsi üçün öz töhfəsini əsirgəməyəcək", - deyə o vurğulayıb.

AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova isə bildirib ki, "UNEC Business English Conversation Club" layihəsi özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq: "AccessBank-ın bu il üzrə Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqaməti kimi təhsil sahəsi götürülmüşdü. 2018-ci ildə bu istiqamətdə reallaşdırdığımız layihələr olduqca uğurlu olub və "UNEC Business English Conversation Club" bunun bariz nümunələrindən biridir. Təsadüfi deyil ki, AccessBank Azərbaycan Banklar Assosiasiyası tərəfindən bu il "Ən fəal təhsil dəstəkçisi" seçilib. Bundan başqa, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramının qalibi olan 10 nəfərdən 3-ü UNEC tələbəsidir ki, bu da universitetdəki təhsilin səviyyəsindən xəbər verir".

Departament rəhbərinin sözlərinə görə, adıçəkilən layihə gələn il yeni formatda və başqa ad altında reallaşdırılacaq.

Layihənin rəhbəri, UNEC-in "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyeva qeyd edib ki, bu layihədən həm təşkilatçılar, həm iştirakçılar qazandı: "Sözsüz ki, ən böyük qazanc tələbələrin əldə etdiyi yeni biliklərdir. Təbii ki, əldə olunan biliklər onlara gələcəkdə öz layiqli yerlərini tutmağa yardım edəcək".

Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb.

Sonda "UNEC Business English Conversation Club" iştirakçılarına sertifikatlar verilib.
 










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol